Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 53-cü Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 16-da Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Münxenin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rəsmi şəxslər qarşıladılar.