"Ötən gün Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirildi. İclasda 800-dən artıq müraciətdən 150-nə baxılıb". SİA-nın xəbərinə görə, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşəd Məcid jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, baxılan müraciətlərin yarısına müsbət rəy verilib: "Komissiyanın iclası bu gün də davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, Prezident İlham Əliyev Novruz Bayramı ərəfəsində əfv fərmanı imzalayacaq".
sia.az