PDF Oxu

Siyasət

  • 105

YAP Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

YAP Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq işləri çərçivəsində 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllə ünvanlı (272 saylı körpələr evi-uşaq bağçası) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İclası ərazi ilk partiya təşkilatının sədri Şəfiqə Əliyeva açaraq, gündəlikdə duran məsələlər barədə məlumat verib. Sonra Ş.Əliyeva hesabat məruzəsi ilə çıxış edib.

Hesabat məruzəsi ətrafında fikirlərini bildirən ərazi ilk partiya təşkilatının üzvləri Qıztamam İsmayılova, Gülsarə Yaralıyeva, Hicran Bağırlı, Gülnarə Mədətova hesabat məruzəsinin qənaətbəxş olduğunu söyləyiblər.

Hesabat məruzəsi səsə qoyularaq, qəbul edildikdən sonra Şəfiqə Əliyeva ərazi ilk partiya təşkilatının sədri, Qıztamam İsmayılova isə sədr müavini seçilib.

Hesabat-seçki yığıncağında çıxış edən YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kubra Əliyarlı bir sıra məsələlər ətrafında partiya üzvlərinin fəal müzakirəsinin təşkil edilməsinin əhəmiyyətini vurğulayıb.

ZÜMRÜD

Digər xəbərlər