Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir. Bu məqsədlə təşkilatın Düyərli Kənd Xəstəxanası ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Düyərli Kənd Xəstəxanası ilk partiya təşkilatının sədri Nizami Heydərov yığıncağın gündəliyi haqda məlumat verib və hesabat məruzəsi ilə çıxış edib. Yığıncaqda çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildirib.
F.Vəliyev, həmçinin, ərazi ilk partiya təşkilatının hesabatını qənaətbəxş hesab edib və yeni seçilən tərkibə uğurlar arzulayıb. Tədbirdə YAP Şəmkir rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
Rəfiqə HÜSEYNOVA