PDF Oxu

Siyasət

  • 505

YAP Samux rayon təşkilatında hesabat-seçki yığıncaqları uğurla davam edir

YAP Samux rayon təşkilatında hesabat-seçki yığıncaqları uğurla davam edir

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncaqlarının keçirilməsi prosesi uğurla davam etdirilir. Növbəti yığıncaq da partiyanın növbəti konfrannsına hazırlıqla bağlı baş tutub.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon PEŞ ərazi ilk partiya təşkilatının sədri Ehtiram Əliyev hesabat məruzəsi ilə çıxış edib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov, YAP Samux rayon təşkilatının fəaliyyətindən danışıb və partiya sıralarına qəbulla bağlı partiya nizamnaməsinə uyğun müəyyən tövsiyələrini verib.

Yığıncaqda YAP Samux rayon təşkilatının fəal üzvlərindən Razim Qasımov, Namiq Əhmədov, Yadigar Bağırov, Emin Qasımov və başqaları çıxış edərək, partiyanın yaranma tarixindən, fəaliyyətindən, ölkənin və rayonun ictimai-siyasi həyatındakı rolundan danışıblar.

Sonra yığıncaqda təşkilati məsələlərə baxılıb. Təşkilatın yeni idarə heyətinin üzvləri, ilk partiya təşkilatının sədri və müavini, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının növbəti konfransına nümayəndələr seçilib.

Rövşən RƏSULOV

Digər xəbərlər