PDF Oxu

Siyasət

  • 288

Milli Məclisin Elm və Təhsil Komitəsində görüş

Milli Məclisin Elm və Təhsil Komitəsində görüş

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli İtaliya Beynəlxalq Telematika Universitetinin professorları Nikola Paravati və Marko Demarko ilə görüşüb.

Elm və Təhsil Komitəsinin sədri, akademik İ.Həbibbəyli Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlardan, bu sahələrə göstərilən dövlət qayğısından söz açaraq ölkə alimlərinin, xüsusilə də, gənc tədqiqatçıların beynəlxalq layihələrdəki fəal iştirakından danışıb.

İtaliya Beynəlxalq Telematika Universitetinin professorları Nikola Paravati və Marko Demarko informasiya texnologiyaları üzrə ali təhsil və peşə hazırlığı sahəsində birgə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini qeyd edərək, Avropa İttifaqının dəstəyi ilə "Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ətraf mühit səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı" mövzusunda layihəyə qrant ayrıldığını nəzərə çarpdırıblar.

Görüşdə Elm və Təhsil Komitəsinin əməkdaşları və Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Həsən Hüseynov iştirak ediblər.

R.HÜSEYNOVA

Digər xəbərlər