Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq çərçivəsində 8-ci mikrorayon, H.Hüseynov küçəsi 5 ünvanlı (3 saylı Uşaq Dəri Zöhrəvi Dispanseri) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Ərazi ilk partiya təşkilatının sədri Gülnarə Cəfərova yığıncağı giriş sözü ilə açaraq, hesabat məruzəsi ilə çıxış edib. Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Vüsalə Hüseynova, Mətləb Bayramov hesabat məruzəsinin qənaətbəxş olduğunu bildirib.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Qərara əsasən, 5 nəfərdən ibarət idarə heyəti, Gülnarə Cəfərova sədr, Şəfəq Mustafayeva sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına 1 nəfər nümayəndə seçilib.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ərazi ilk partiya təşkilatının fəaliyyəti barədə danışaraq, hesabatı qənaətbəxş hesab edib. Yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.
ZÜMRÜD