"Mən deməzdim ki, Xocalı soyqırımı məsələsinə hələ də biganə yanaşılır. Sadəcə ilk illərdə Azərbaycanın xarici mediaya çıxışı problemli idi. Ona görə də həm ruslar, həm də ermənilər əl-ələ verərək bizə qarşı təbliğatda irəli çıxa bilmişdilər. Amma indi durum dəyişib". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, Azərbaycan dövləti güclənib, xaricə çıxışda problem yoxdur: "Ona görə də Xocalı soyqırımını tanıda bilirik. Bir sıra ölkələrin parlamentləri belə bu soyqırımı rəsmən tanıyıb. Eyni zamanda beynəlxalq təşkilatlar da əvvəlki kimi biganə deyillər. Düzdür, görməzlikdən gəlməyə çalışırlar. Amma biz fəal olduqca onlar da məcbur bu günün nə anlama gəldiyini etiraf etməyə məcbur olurlar. Demək istədiyim odur ki, çox şey bizim özümüzdən asılıdır".
sia.az