PDF Oxu

Siyasət

  • 165

Millət vəkili: “Beynəlxalq təşkilatlar ad çəkməklə kifayətlənməsin” MÜNASİBƏT

Millət vəkili: “Beynəlxalq təşkilatlar ad çəkməklə kifayətlənməsin” MÜNASİBƏT

"Xocalı soyqırımı yeni dünya tarixində baş vermiş ən dəhşətli faciədir. Bu faciəni məhz erməni işğalçıları törədib. Bir gecənin içində 613 həmvətənlimiz vəhşicəsinə qətlə yetirilmiş və meyitlər üzərində dünya tarixində rast gəlinməyən işgəncələr aparılmış, 487 nəfər dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Bütün bu vəhşiliklər ancaq azərbaycanlı olduğuna görə və Qarabağda etnik təmizlənmə məqsədilə həyata keçirilib". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, Azərbaycan dövləti ermənilərin bu vəhşiliyini dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində çoxlu işlər görür: "Məhz bunun nəticəsidir ki, ABŞ-ın 20 ştatında və bir sıra ölkələrin parlamentlərində Xocalı soyqırımını tanıyan qətnamələr qəbul olunmuşdur. Biz istəyirik ki, bütün dünya bunu tanısın, beynəlxalq hüquq çərçivəsində soyqırımı həyata keçirənlər mühakimə olunsun və cəzalarını alsın. Məhz belə olan halda Xocalı soqırımına münasibətdə ədalət bərpa oluna bilər.Biz istəyirik ki, beynəlxalq təşkilatlar da Xocalı soyqırımı aktını tanısın və cinayətkatların cəzalandırılması istiqamətində qətnamələr qəbul etsin. Bu istiqamətdə 26 aprel 2001-ci ildə Ermənilərin Azərbaycanlılara qarşı soyqırımı siyasətinin tanınması və 26 yanvar 2012-ci ildə Xocalı soyqırımının 20 illiyi ilə bağlı Avropa Şurası Parlament Assambleyasında bəyyannamələr qəbul olunmuşdur. İslam Əməkdaşlıq Təşkilatı ölkələrin Parlament İttifaqında Xocalı soyqırımı ilə bağlı bəyannamə və qətnamələr qəbul olunmuşdur. BMT-də İnsan Haqları günü ilə əlaqədar keçirilən konfransda Xocalı soyqırımının adını Ruanda, Srebrenitsa, Holokost kimi dünya tərəfindən tanınan soyqırımlarla bir yerdə çəkilmişdir. Əlbəttə bu Azərbaycan diplomatiyasının gücü və ölkəmizin beynəlxalq arenada artan nüfuzu ilə əlaqədardır. Biz istəyirik ki, beynəlxalq təşkilatlar ancaq ad çəkməklə kifayətlənməsin.Onlar Xocalı soyqırımına beynəlxalq hüquq normaları çərçivəsində beynəlxalq məhkəmələrdən soyqırımına hüquqi qiymət verilməsini və cinayətkarların məsuliyyətə cəlb edilməsini tələb etsin. Düşünürəm ki, biz beynəlxalq arenada çox işləməliyik və cinayətkarlar beynəlxalq məhkəməyə çıxarılana qədər fəaliyyətimizi genişləndirməliyik. Düşünürəm ki, bu günə qədər bunun baş verməməsinin səbəbi dünyadakı fərqli yanaşma və ikili standartlardır. Amma, biz ədaləti tələb edəcəyik və məqsədimizə nail olacağıq".

sia.az

Digər xəbərlər