PDF Oxu

Siyasət

  • 403

YAP Yasamalda “Xocalı Soyqırımı” ilə bağlı anım tədbiri keçirilib

YAP Yasamalda “Xocalı Soyqırımı” ilə bağlı anım tədbiri keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən əvvəl Ümumilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzülüb və foyedə Xocalı ilə bağlı rəsm əsərlərinin sərgisinə baxış keçirilib.Sonra binanın akt zalında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Daha sonra Respublika İncəsənət Gimnaziyası əməkdaşlarının hazırladığı "Laylay Xocalım Laylay" adlı tamaşa nümayiş etdirilib.Tədbirdə erməni qəsbkarlarının tarix boyu xalqımıza qarşı yeritdiyi işğalçı, siyasət və məkrli planlarından danışılıb. Vurğulanıb ki, ermənilər Xocalı soyqırımını törətməklə nəinki Azərbaycana, bütövlükdə türk dünyasına qarşı vandal mövqelərini nümayiş etdiriblər.Tamaşanın nümayişindən sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov qeyd edib ki, Xocalı soyqırımı adlı dərd Azərbaycanın qəlbindən heç vaxt silinməyəcək: "Xocalı soyqırımı bu gün dünyanın bir çox rəsmi dairələri parlamentlərində müzakirəyə çıxarılıb, bu qətliam soyqırımı aktı kimi tanınıb. Ermənistan tərəfi işğal olunmuş ərazilərdə Azərbaycanın dinc vətəndaşlarına qarşı törədilmiş vəhşiliklər barədə bütün həqiqətləri dünya ictimaiyyətindən heç bir vəchlə gizlədə bilməyəcək".Diqqətə çatdırılıb ki, Ermənistanın azərbaycanlılara qarşı qəddarcasına həyata keçirdiyi qətliamlar sadəcə Xocalı soyqırımı ilə məhdudlaşmayıb: "Xocalı soyqırımı XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı Naxçıvanda, Gəncədə, Qubada, Bakıda, İrəvan xanlığında mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir və bununla bağlı həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, bu cinayətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır".Daha sonra həmin hadisələrin canlı şahidləri danışıb. Yazıçı-publisist Xeyrəddin Qoca isə çıxışında Xocalı soyqırımını ildə bir dəfə deyil, hər zaman xatırlamağın vacibliyini vurğulayıb: "Artıq bu faciəni əlimizdə olan əsaslı faktlarla dünyaya çatdırmağın ən optimal yolunu taparaq, bu sahədə təsirli işlər görmək lazımdır".Tədbirə müzakirələrlə yekun vurulub.

sia.az

Digər xəbərlər