PDF Oxu

Siyasət

  • 158

“Qarabağa qanunsuz səfər cinayət işinin açılması deməkdir” ŞƏRH

“Qarabağa qanunsuz səfər cinayət işinin açılması deməkdir” ŞƏRH

"Avropa Parlamentinin nümayəndələrinin, xarici jurnalistlərin Azərbaycanın icazəsi olmadan Ermənistan ərazisindən Azərbaycanın işğal edilmiş ərazilərinə gəlməsi sərhədlərimizin pozulması deməkdir". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Azərbaycanın sərhəddinin pozulması, qanunsuz səfərlər cinayət işinin açılması deməkdir: "Məhz cinayət işi açıldıqdan sonra materiallar İnterpola göndərilir və həmin şəxs axtarışa verilir. Lapşinin işi bir president idi, bundan sonra proseslər davam edəcək. Əgər həmin şəxslərə Qarabağa qanunsuz səfər etməməklə bağlı doğuran da xəbərdarlıq edilibsə, amma yenidən bu məsələyə əl atıblarsa, onların hər biri barədə müvafiq qərar qəbul edilməlidir".

Politoloq hesab edir ki, bu yolla Qarabağa qanunsuz səfərlərin qarşısı alına bilər: "Onlar bir dəfə səfər etdikdən sonra öz sənədlərinə müəyyən dəyişikliklər edə bilərlər. Məhz buna görə də İnterpol daha diqqətli olmalıdır. Burda bir məqam da var ki, ekstradisiya haqqında qərar qəbul ediləndə, həmin vətəndaş öz yaşadığı ölkədə həbs edilmir. Ümumiyyətlə, konstitusiya vətəndaşını digər ölkəyə verməyi qadağan edir. Amma üçüncü ölkənin ərazisdində həmin şəxsin həbsi də, ekstradisiyası da mümkündür".

Qeyd edək ki, dünən Azərbaycanın baş Prokrorluğu Dağlıq Qarabağda keçirilən "referendumu" müşahidə edən Avropa Parlamentinin üzvləri - Lüksemburq Böyük Hersoqluğunun vətəndaşı Frank Engel, Kipr Respublikasının vətəndaşı Eleni Teoxarus və Çex Respublikasının vətəndaşı Yaromir Ştetina barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan olunması üçün İnterpola müvafiq sorğu göndərilib.

sia.az

Digər xəbərlər