PDF Oxu

Siyasət

  • 68

Tağı Əhmədov: “Təəssüf ki, dünyada ikili standartlar mövcuddur” MÜNASİBƏT

Tağı Əhmədov: “Təəssüf ki, dünyada ikili standartlar mövcuddur” MÜNASİBƏT

"Bu gün çox təəssüf ki, dünyada ikili standartlar mövcuddur. Yəni Xocalı faciəsini törədən, ermənilərə bu işdə kömək edən, heç şübhəsiz ki, Sovet Ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı oldu. İndi də məlum güclər, Ermənistan və onun havadarları istəmirlər ki, törədilən bu soyqırımını dünya ictimaiyyəti bilsin". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib.Təşkilat sədri təəssüflə bildirib ki, belə bir faciəni, soyqırımını dünya görməzdən gəlir və kordur: "Bu faciənin dünya ictimaiyyətinə zamanında çatdıra bilməməyimizin səbəbi 25 il bundan öncə təbliğatımızın zəif olması idi. Amma bu gün Azərbaycan xalqı dünyada öz sözünü deyən, yerini bilən və ən irəlidə gedən dövlətdir. Ümummilli Lider Heydər Əliyevin qayıdışı ilə Xocalıda baş verən soyqırımı bütün dünyanın diqqətinə çatdırıldı. 1994-cü ildə Ulu Öndər bu hadisəyə siyasi qiymət verilməsini təmin etdi. Heydər Əliyev bütün beynəlxalq tədbirlərdə çıxışlarında Xocalı soyqırımdan danışdı. Eyni zamanda Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva Xocalı həqiqətlərini dünyada tanıtmaq üçün "Xocalıya ədalət" kampaniyasını həyata keçirirlər. Amma bu aksiyaları istər Avropa institutları, istərsə ABŞ və digər iri dövlətlər görməzdən gəlirlər. Əgər 200 dövlətdən 12-si bu soyqırımına siyasi qiymət verirsə, bu, çox azdır".

sia.az

Digər xəbərlər