"Hüquq mühafizə orqanları Xocalı günaharları ilə bağlı qərar çıxarmalıdır"
"Tarixin hər bir dönəminə baxsaq, Azərbaycanın dinc əhalisi üzərinə gələn nizami ordu ilə vuruşmaqla üz-üzə qalıb". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, beynəlxalq hüququn prinsiplərinə görə, Xocalı soyqırımı etnik, dini təmiziləmə məqsədilə həyata keçirilən qətliamdır: "Xocalı soyqırımın həyata keçirilməsində iştirak edənlərin siyahısı tərtib olunub. Hüquq mühafizə orqanları şifahi də olsa, onlar haqqında qərar çıxarmalı və bu qərar dünyaya yayılmalıdır. Biz onların nə vaxtsa tutulacağını və məhkəmə qurulacağını gözləməməliyik. Onların bir neçəsi törətdikləri cinayəti BMT kürsüsündə belə etiraf ediblər. Ermənistan prezidenti Serj Sarkisyanın özü BMT-də Xocalıda neçə iştirak etməsini etiraf edib. Bundan artıq etiraf lazımdır? Ermənistanın böyük "ziyalısı" alanan Zori Balayan uşaqların öldürülməsi, onların yandırılmasından ləzzət aldığını qeyd edib. Onlar dünya ictiamiyyətinə qarşısında öz günahlarını boynuna alıblar. Bu baxımdan nəyə görə biz onların izahat yazması və ya məhkəmə qarşısında etiraflarını gözləməliyik? Bu insanlarla bağlı hərbi məhkəmədə cinayət işi qaldırılıb. Hərbi məhkəmənin kollegiyası qərar qəbul edərək, bütün dünya ölkələrinə göndərməlidir. Bununla bağlı məhkəmə hüquq sistemində mövcud olan şifahi qərar da qəbul etmək olar".
S.Novruzov əlavə edib ki, Azərbaycan prezidenti həm Münhendə keçirilən konfransda, həm də müsahibələrində birbaşa Xocalı faciəsinə toxunaraq günahkarların adlarını sadalamaqla yanaşı bildirdi ki, Xocalı soyqırımın törədilməsinin səbəblərindən biri də orada yaşayan insanarın İslam dininə olan inancıdır: "Əfsus ki, bəzi islam ölkələri Ermənistanla isti münasibət qurmağa cəhd edirlər. Əgər insanlar islama olan inancına görə qırılırlarsa, digər tərəfdən onların Ermənistana isti münasibəti qəbuledilməzdir. Milli Məclis Azərbaycan Prezidentinin fikirlərinə dəstək olaraq həmin ölkələrin parlamentərinə müraciət göndərməlidir".
sia.az