PDF Oxu

Siyasət

  • 361

Şahin İsmayılov: "Xocalı təqaüdü təsis olunsun"

Şahin İsmayılov: "Xocalı təqaüdü təsis olunsun"

Milli Məclisin iclasında Azərbaycanın təhsil müəssisələrində Xocalı təqaüdünün təsis olunması təklif edilib. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında bu təkliflə çıxış edən deputat bildirib ki, Xocalı soyqırımının araşdırılması üçün əcnəbi mütəxəssislər üçün qrant proqramları elan olunmalıdır."Bu, beynəlxalq təcrübədə özünü doğruldub və Xocalı ilə bağlı işə töhfə verər. Bundan başqa, təhsil sahəsində təqaüdlər də təsis olunmalıdır. Virtual məkanda, sosial şəbəkələrdə Xocalı ilə bağlı təbliğatı daha da gücləndirmək lazımdır. Xüsusi olaraq bir platforma da yaratmaq olar və lazımdır"- deyə, Ş. İsmayılov əlavə edib.

sia.az

Digər xəbərlər