PDF Oxu

Siyasət

  • 82

Siyasi şərhçi: “Ermənistan ictimai rəyi aldatmağa çalışıb” MÜNASİBƏT

Siyasi şərhçi: “Ermənistan ictimai rəyi aldatmağa çalışıb” MÜNASİBƏT

"Gün ərzində Azərbaycan ordusunun apardığı məqsədyönlü müdafiə əməliyyatları nəticəsində Ermənistan işğalçı gücləri çaşqınlıq içində ictimai rəyi aldatmağa çalışıb". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, sosial şəbəkələrin erməni seqmenti təcavüzkar ölkənin vətəndaşlarının cəbhədəki gerçək durum haqqında xəbərlər paylaşmasına imkan verib: "Bu paylaşımlardan da məlum olur ki, düşmən ordudakı itkilərini gizlətmək üçün cəhdlər edir, bunu kompensasiya etmək üçün Azərbaycan tərəfinin çoxsaylı itkiləri haqqında yalan məlumatlar yayır. Gerçəklik isə bundan ibarətdir ki, şanlı ordumuz düşmənin canlı qüvvəsini məhv etmiş, günün sonuna doğru rəşadətli Azərbaycan əsgəri düşmənin bütün atəş nöqtələrini susdurmuş, onların pilotsuz uçan aparatını məhv etmişdir. İgid əsgərlərimiz sayıqlığı itirmədən müqəddəs Vətən torpaqlarının keşiyini etibarlı şəkildə qorumağa davam edirlər".

sia.az

Digər xəbərlər