PDF Oxu

Siyasət

  • 191

Musa Qasımlı Prezidentin səfərinə münasibət bildirdi AÇIQLAMA

Musa Qasımlı Prezidentin səfərinə münasibət bildirdi AÇIQLAMA

"Qətər dövləti ilə ölkəmiz arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli (islam Əməkdaşlıq Təşkilatı, BMT və s.) formatda uğurla inkişaf edir". Bunu SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da Qətər Dövlətinə reallaşdırdığı rəsmi səfərə və iki dövlət arasındakı əlaqələrə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, diplomatik-siyasi, hərbi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət, turizm və humanitar sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensial vardır: "Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin bu səfəri həmin potensialı hərəkətə gətirəcək, əməkdaşlığa yeni dinamizm verəcək və əlverişli imkanlar açacaq, özünü ərəb dünyasına hiyləgərliklə yaxınlaşdırmaq istəyənlərə tutarlı cavab olacaq".Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Qətər Dövlətinə rəsmi səfərə gəlib. Azərbaycan Prezidentini Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim bin Mohammad Al Tani və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

sia.az

Digər xəbərlər