PDF Oxu

Siyasət

  • 285

Politoloq: “Azərbaycan Prezidentinin Qətərə səfəri hər iki ölkə üçün çox faydalı olacaq" AÇIQLAMA

Politoloq: “Azərbaycan Prezidentinin Qətərə səfəri hər iki ölkə üçün çox faydalı olacaq" AÇIQLAMA

"Azərbaycan Prezidentinin Qətərə səfəri bütün parametrlərdən hər iki ölkə üçün çox faydalı olacaq. Dövlətimiz islam ölkələri ilə münasibətlərini daha da genişləndirəcək. Bu il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın islam ölkələri ilə əlaqələrininin daha da inkişafında şərait yaradacaq". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.O qeyd edib ki, Azərbaycan və Qətər hər zaman əməkdaşlıqda maraqlı olublar: "Qətər adambaşına düşən ümumi daxili məhsulun payına görə, dünyanın ən yaxşı vəziyyətdə olan dövlətləri sırasındadır. Bu ölkə böyük neft və qaz resurslarına malikdir və əldə etdikləri təcrübə önəmlidir. Qətərin maliyyə imkanlarına görə ərəb ölkələri arasında xüsusi nüfuzu var. İslam Əməkdaşlıq Təşkilatı və digər ərəb dünyası ilə bağlı təşkilatlar Qətərlə hesablaşır, mövqeyinə hörmətlə yanaşırlar. Çünki, Qətər həmin təşkilatların fəaliyyətinin dəstəklənməsində böyük imkanlara malikdir. Ərəb dünyasında ən böyük informasiya mənbəyi də bu ölkədə yerləşir. Əl-Cəzirə televiziyası Qətərin böyük informasiya resursudur. Onu da qeyd edim ki, Azərbaycan Prezidentinin Qətərə səfərindən öncə Əl-Cəzirə televiziyası Bakıda dövlət başçımızdan müsahibə götürmüşdü".Politoloq iki ölkə rəhbərinin arasında bir neçə mövzuda müzakirələr aparılacağını bildirib: "İlk növbədə islam və Avropa ölkələri arasında əlaqələrin müzakirə olunacağını gözləyirəm. Azərbaycanla ərəb dövlətləri arasında münasibətlərin də müzakirə ediləcəyini düşünürəm. Sonra isə ikitərəfli münasibətlər müzakirə olunacaq".M.Əhmədoğlu vurğulayıb ki, Qətərlə Azərbaycan arasında iqtisadi münasibətlər daha da genişləndiriləcək: "Qətər Azərbaycanla avia əlaqələr qurmaq niyyətindədir. Bu ölkə həm də Azərbaycan ərazisindən tranzit kimi istifadə etmək istəyir. Qətər aviakampaniyası dünyanın ən güclü aviakampaniyalarından biridir.İki ölkə arasında birgə investiya fondunun yaradılması da nəzərdə tutulub. Bu, Azərbaycanın investisiya cəlbediciliyini artıra biləcək bir addımdır. Demək olar ki, dünyada gedən maliyə prosesləri Qətərə təsir etməyib. Əgər Qətər harasa investisiya qoyursa, həmin yer daha böyük investisiya cəlbediciliyinə malik olur.Qətərlə Azərbaycan arasında maliyyə sektorunda müxtəlif qurumlar yaradılır. Bu sahədə əməkdaşlıq genişləndirilir, birgə layihələr reallaşdırılır".

sia.az

Digər xəbərlər