"Ermənistanın təxribat törətməsində genişmiqyaslı məqsədi Dağlıq Qarabağ danışıqlarından yayınmaqdır. Ermənistan danışıqların nəticəsinin onlar üçün xeyr gətirməyəcəyini çox yaxşı anlayır". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar bir tərəfdən Ermənistanın başı sığallasalar da, digər tərəfdən işğal olunmuş torpaqların Azərbaycana məxsus olduğunu da yaxşı bilirlər". Politoloq bildirib ki, Ermənistan Xocalı soyqırımı ərəfəsindən cəbhədə təxribata cəhd etməklə ölkəmizə qarşı məqsədlərini bir daha yada salmaq istədi: "Bununla Ermənistan Xocalı vəhşiliyi kimi faciələri hər zaman törətməyə hazır olduğunu ortaya qoydu. Bundan əlavə, Ermənistan dünyaya bəyan etmək istəyir ki, guya onlar sülh tərəfdarıdırlar. Lakin Azərbaycan sülh siyasətindən uzaqlaşır, müxtəlif ölkələrdən silah alaraq onlara qarşı istifadə edir. Təbii ki, düşmən ölkə bunlarla daxili auditoriyanı sakitləşdirməyə, guya onların maraqlarını müdafiə etdiklərini göstərməyə çalışır"."Düzdür, ola bilsin bu cür yalanlar Ermənistan vətəndaşlarının az qismində dəyişiklik yarada bilsin. Amma ümumilikdə Ermənistanda vəziyyət tamamilə dəyişib. Artıq Sarkisyan tərəfdarları yeni partiya, siyasi qüvvələr qurur, ona qarşı çıxışlar edirlər. Bu da onların bu siyasətdən doyduqlarını göstərir. Bu baxımdan Ermənistan cəbhə xəttində təxribatlara əl atmaqla daxildəki qarışıqlığın qarşısını almağa çalışır. Təbii ki, bütün bunlar müvəqqəti xarakter daşıyır"- deyə, F. Sadıqov əlavə edib.
sia.az