YAP Cəlilabad rayon təşkilatı rayon icra hakimiyyətilə birlikdə Xocalı Soyqırımının 25 ci ildönümü qeyd olunub
YAP Cəlilabad rayon təşkilatı rayon icra hakimiyyətilə birlikdə Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı Heydər Əliyev Mərkəzində rayon təşkilatının şura üzvləri, NTQ üzvləri, YAP Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, partiya veteranları və fəalları, habelə təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Anım mərasimində Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar iştirakçılara ətraflı məlumat verilərək bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal olunub. Nəticədə, Xocalı sakinlərindən 613-ü düşmən gülləsinə tuş gəlib və qətliamın qurbanı oldu. Bu soyqırımı nəticəsində, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq, 150 Xocalı sakini itkin düşüb, çox sayda adam ermənilər tərəfindən əsir götürülüb.
Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə, habelə, bir sıra ölkələrdə "Xocalı qətliamı", Xocalı Soyqırımı" kimi hər il anılır.
Sonda Masallı regional Mədəniyyət və Turizm idarəsinin xalq teatrı kollektivinin hazırladığı Zəlimxan Yaqubun Xocalı qətliamına həsr olunmuş "Bir ovuc kül" ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Ü.ƏSGƏROV