PDF Oxu

Siyasət

  • 602

YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin şura iclası keçirilib

YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin şura iclası keçirilib

Dünən YAP Daşkəsən rayon təşkilatının iclas zalında gənclər birliyinin şura iclası keçirilib. İclasda bir sıra məsələlər geniş müzakirə olunub.

İclası giriş nitqi ilə açan rayon təşkilatının gənclər birliyinin sədri Elşən Alıyev təşkilatın fəaliyyəti barədə məlumat verərək, Yeni Azərbaycan Partiyasının ətrafında kifayət qədər potensiallı gənclər ordusunun olduğunu bildirib: "Savadlı, bacarıqlı və siyasi yetkin gənclərin bu partiyaya üz tutması səbəbsiz deyil. Partiyaya olan maraq Ulu Öndər Heydər Əliyevin qurduğu partiya və Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə və Onun rəhbərliyi ilə həyata keçirilən siyasətə gənclərin dəstəyinin ifadəsidir."

İclasda çıxış edən YAP Daşkəsən rayon təşkilatının aparat rəhbəri Sərdar Xıdırov, rayon gənclər və idman idarəsinin rəis müavini Rəşail Babayev gənclər birliyinin fəaliyyətini yüksək qiymətləndirərək, hər il olduğu kimi, bu il də ölkənin bütün uğurlu işlərində fəal olacaqlarına əminliyini söyləyib.

Daşkəsən rayon icra hakimiyyətinin məsul işçisi Vüqar Məmmədov çıxışında partiyanın fəal gənclərinin daima rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən diqqətdə saxlanıldığını, müxtəlif uğurlu təkliflərin rayon rəhbərliyi tərəfinidən müsbət qarşılandığını və bütün təkliflərin reallaşdırılması istiqamətində işlərin görüldüyünü söyləyib.

Rayon gənclər və idman idarəsinin rəis müavini Rəşail Babayev çıxışında rayon rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışaraq, bildirib ki, gənclər onlar üçün yaradılan şəraitdən maksimum istifadə etməli və öz fəaliyyətlərini bu istiqamətdə daha mütəşəkkil qurmalıdırlar.

İclas gənclərin fikir mübadiləsi ilə başa çatıb.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər