PDF Oxu

Siyasət

  • 526

Suraxanıda məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilib

Suraxanıda məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilib

Suraxanı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının 25-ci il dönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir.

Növbəti tədbir "Bülbülə" şadlıq sarayında olub. Rayon icra hakimiyyətinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunmuş ehsan süfrəsində Suraxanı rayonunda məskunlaşmış 30 Xocalı ailəsi, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ehsan süfrəsində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsinin sədri Fərhad Həsənov, Suraxanı rayonunda məskunlaşmış Xocali şəhər sakini, soyqırımı nəticəsində, yaxınlarını itirmiş Qədim Abbasov erməni şovinist-miilətçiləri tərəfindən Xocalı sakinlərinə qarşı həyata keçirilən soyqırımı haqqında danışıblar.

Sonda Suraxanı rayonunda məskunlaşmış 30 Xocalı ailəsinə ərzaq yardımı göstərilib.

ZÜMRÜD

Digər xəbərlər