PDF Oxu

Siyasət

  • 253

“Sarkisyan reytinqini qaldırmaq üçün cəbhədə təxribata əl atır”

“Sarkisyan reytinqini qaldırmaq üçün cəbhədə təxribata əl atır”

"Ermənilərin cəbhədə təxribata əl atmalarına bir neçə səbəb göstərmək olar. Bunlardan biri də ölkədəki daxili vəziyyətlə bağlıdır". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, aprel savaşında Azərbaycan ordusu ermənilər üzərində üstünlüyünü birmənalı şəkildə sübuta yetirdi və işğaldakı torpaqlarımızın bir hissəsini geri qaytardı: "Bu, erməni cəmiyyətində çox böyük mənəvi düşkünlük yaratmışdı. Sarkisyan seçkilərə gedir və bu seçkilər onun taleyi üçün mühüm əhəmiyyətə malikdir. Hesab etmək olar ki, Sarkisyan düşən reytinqini qaldırmaq üçün belə bir təxribata getdi. Yəni, o hesab edirdi ki, Ermənistan ərazisində yerləşmiş rus hərbi bazalarının yardımı ilə cəbhədə hər hansı bir uğur əldə edə və bununla da daxildəki reytinqini müəyyən qədər qaldıra bilər. Amma ona nail ola bilmədi, əksinə böyük fiasko ilə üzləşdi. Burada onun qəyyumlarının da rolunu istisna etmirəm. Söhbət Rusiyadan gedir. Bu dəfə ermənilərin hazırlıq səviyyəsi aprel döyüşlərinə nisbətən yüksək idi, bu, ola bilsin ki, rus hərbi təlimçilərinin, hətta əsgərlərinin iştirakı ilə bağlıdır. Üstəlik Rusiya təmas xəttindəki süni peyk vasitəsilə çəkdiyi kəşfiyyat materiallarını da Ermənistana ötürür. Bu da cəbhənin bəzi nöqtələrini axtarıb tapmaqda ermənilərə kömək edir. Amma əsas məsələ hesab edirəm ki, Ermənistan ərazisində olan rus hərbi bazaları və həmin hərbi bazaların Ermənistana köməyidir".

sia.az

Digər xəbərlər