PDF Oxu

Siyasət

  • 68

Deputat: "Beynəlxalq aləm bu məsələyə ciddi qiymət verməlidir" AÇIQLAMA

Deputat: "Beynəlxalq aləm bu məsələyə ciddi qiymət verməlidir" AÇIQLAMA

"Ermənistanın Sarkisyanın rəhbərliyi ilə cəbhədə təxribatlara əl atmasında məqsəd ölkəsində keçiriləcək seçkilərdə müəyyən qədər uğur qazanmaqdır". Bunu SİA-ya açıqlamasında deputat Rövşən Rzayev deyib.Ermənistanın işğalçı siyasətindən əl çəkmədiyini deyən R. Rzayev ATƏT-in Minsk qrupu çərçivəsində dövlətlərin bu cür hadisələrin qarşısının alınması istiqamətində heç bir addım atmadığını, əksinə şərait yaratdığına təəssüfləndiyini qeyd edib: "ATƏT-in Minsk qrupu dövlətləri bu istiqamətdə lazımı addımlar ata bilərlər. Lakin bunu etmirlər. Düşünürəm ki, bu problem yaxın zamanlarda öz həllini tapacaq".Deputatın sözlərinə görə, Ermənistan rəhbərliyi Qarabağ kartından istifadə etməklə uğur qazanmağa çalışır: "Lakin onun bu istəyi təmas xəttində heç də yaxşı nəticələrə gətirib çıxarmır, xoşagəlməz hallara səbəb olur. Bu baxımdan beynəlxalq aləm bu məsələyə ciddi qiymət verməli, ikili standarlardan əl çəkməli, münasibətlərini beynəlxalq hüquq normalarına uyğun şəkildə bildirməlidir".R. Rzayev qeyd edib ki, bütün bunlar azmış kimi, Ermənistanın meyitlərin çıxarılması proseduru başlayan zaman beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş şərtləri pozması beynəlxalq hüquqa, konvensiyalara ziddir: "Əgər böyük dövlətlər aparılan danışıqlara düzgün qiymət verib, mövqelərini birmənalı şəkildə vurğulamasalar, Cənubi Qafqazda böyük problemlər ola bilər. Azərbaycanın öz ərazisində anti-terror əməliyyatı keçirmək hüququ var. Bu əməliyyatın keçirilməsində böyük dövlətlər də maraqlı və dəstək olmalıdırlar. Onların bu addımı atmaması, Ermənistanın işğalçılıq siyasətini davam etməsinə şərait yaradır. Bundan əlavə, digər dövlətlərin siyasətçiləri, politoloqları müharibə çağırışı edərək, onu qaçılmaz hesab edirlər. Bu cür çıxışların özü də təxribat xarakteri daşıyır".

sia.az

Digər xəbərlər