PDF Oxu

Siyasət

  • 444

YAP Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları uğurla davam edir

YAP Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları uğurla davam edir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq işləri çərçivəsində A.Gəraybəyli küçəsi - 73 ünvanlı (102 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İclası giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Bədirnisə Quliyeva ərazi ilk partiya təşkilatında hesabat dövrü ərzində görülən işləri diqqətə çatdırıb.

İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Səmagül Əliyeva, Sərmayə Daşdəmirova, Gülşən Qasımova sədrin hesabat çıxışına münasibət bildirərək, hesabatı qənaətbəxş hesab edib və təkliflərini irəli sürüblər.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Qərara əsasən, ərazi ilk partiya təşkilatının 9 nəfərdən ibarət idarə heyəti, Mailə İsmayılova yeni sədri, Bədirnisə Quliyeva sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına 2 nəfər nümayəndə seçilib.

İclasda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov hər zaman məktəbin ictimai tədbirlərdə fəal iştirak etdiyini və məktəbin göstəricilərinin daima yüksək olduğunu vurğulayıb.

ZÜMRÜD

Digər xəbərlər