PDF Oxu

Siyasət

  • 300

Milli Kitabxanada direktorların respublika müşavirəsi keçirilib YENİLƏNİB

Milli Kitabxanada direktorların respublika müşavirəsi keçirilib YENİLƏNİB

Bu gün Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Mətbuat Şurası və Milli Kitabxana birgə Azərbaycan mətbuatının və nəşr məhsullarının arxiv fondunun yaradılmasının təkmilləşdirilməsi məsələlərinə dair qəzet və jurnal redaktorlarının və nəşriyyat direktorlarının respublika müşavirəsini keçirib. SİA-nın verdiyi məlumata görə, müşavirəni Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev açaraq, bu müşavirənin elmimiz, mədəniyyətimiz, mənəviyyatımız, milli mətbuatımızın tarixi üçün çox vacib əhəmiyyət kəsb edən milli mətbuatımızın və nəşr məhsullarımızın arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsinə həsr edildiyini diqqətə çatdırıb.Nazir Milli mətbuatın və nəşr məhsullarının arxiv fondunun yaradılması hər birimizin vətəndaşlıq, həm də vəzifə borcu olduğunu, arxiv fondunun tam şəkildə yaradılması həm də naşirlərin, redaksiyaların tarixdə yaşadılmasına, qalmasına şərait yaratdığını söyləyib.Əbülfəs Qarayebv deyib ki, əgər tariximizi saxlamaq istəyiriksə, məcburi nüsxələr kitabxanalara verilməlidir: "Bu, öz tarixinə hörmət edən cəmiyyətin vəzifəsidir. Nüsxələri verməyənlərə cərimələr tətbiq olunacaq, ikinci, üçüncü dəfə təkrar olunsa, hətta həmin nəşriyyat bağlanıla bilər. Azərbaycan qanunvericiliyinə müvafiq dəyişikliklər edilib. Milli arxivimiz formalaşmalıdır. Bütün mətbu nəşrlər təmənnasız olaraq kitabxanaya daxil olmalıdır. Əsas məqsəd odur ki, Milli Kitabxanada bütün nəşrlərin tarixi əks olunsun. Bu, bir xəzinə olmalıdır və hər kəs bu xəzinəyə öz töhfəsini verməlidir. Gələcək nəsillərə bu, tarixi tədqiqatlar üçün çox böyük əhəmiyyət kəsb edir.Milli Kitabxananın direktoru prof. Kərim Tahirov öz çıxışına respublika ərazisində dərc olunan mətbuatın və nəşr məhsullarının Arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsi məqsədilə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etməsi və dövlət başçısının məsələnin vacibliyini nəzərə alaraq qanunvericilik təşəbbüsü qaydasında nazirliyin təkliflərinə baxılması üçün Milli Məclisə göndərməsi, uzun müzakirələrdən sonra Milli Məclisin müvafiq Qanun layihəsini qəbul etməsi və həmin Qanunun 20 oktyabr 2015-ci il tarixində cənab Prezident tərəfindən imzalanması ilə başlayıb.Direktor sözləyib ki, müstəqil Azərbaycan Respublikasında da bu məsələləri nizamlamağa yönəlmiş bir sıra qanunlar və onların müvafiq maddələrinin mövcudluğuna baxmayaraq, ayrı-ayrı müəssisələr və təşkilatlar, hüquqi və vəzifəli şəxslər tərəfindən həmin qanunların tələblərinə məhəl qoyulmayıb: "Bu da milli mətbuatın və çap məhsullarımızın arxiv fondunun yaradılması işini bərbad vəziyyətə salıb. Bu gün Milli Kitabxananın nəzdində yaradılan Arxiv fondu ölkə ərazisində dərc olunan materialların demək olar ki, 60-70 faizini əhatə edə bilir. Bu, çox acınacaqlı haldır və bundan zərər çəkən isə oxucularımız, tədqiqatçılarımız, alimlərimiz, ziyalılarımız, gələcək nəsillərdir.Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, "İki Sahil" qəzetinin baş redaktoru, Vüqar Rəhimzadə, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev və başqaları çıxış edərək, Azərbaycan mətbuatının və nəşr məhsullarının arxiv fondunun yaradılmasının və bu gün müzakirə olunan digər məsələlərin çox əhəmiyyətli, aktual və vacib olduğunu vurğulayaraq, Nazirin təkliflərini bəyəndiklərini söylədiyiblər və bu işdə hamını əlbir olmağa çağırıblar. Onlar bu məsələləri həll etməklə oxucular, alim və tədqiqatçılar, ən nəhayət gələcək nəsillərin qarşısında vəzifə borclarını yerinə yetirəcəklərini söyləyib, bütün nəşriyyat, poliqrafiya müəssisələri, qəzet və jurnal redaksiyalarını onların səsinə səs verməyə dəvət ediblər.

sia.az

Digər xəbərlər