PDF Oxu

Siyasət

  • 990

YAP Qaradağ rayon təşkilatı hesabat-seçki yığıncaqlarını davam etdirir

YAP Qaradağ rayon təşkilatı hesabat-seçki yığıncaqlarını davam etdirir

YAP Qaradağ rayon təşkilatı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncaqları davam edir. SİA-nın verdiyi məlumata görə, Qaz Anbarlarının İstismarı İdarəsində keçirilən yığıncaqda YAP Qaradağ rayon təşkilatının Məsul işçiləri Ramiz Yusubov və Hacı İbrahimov iştirak ediblər.

Yığıncaqda Qaz Anbarlarının İstismarı İdarəsi ərazi ilk partiya təşkilatının sədri Firuddin Babayev hesabat məruzəsi ilə çıxış edib. Daha sonra Qaz Anbarlarının İstismarı İdarəsin rəisi Rövşən Qarayev çıxış edərək rəhbərlik etdiyi təşkilatda YAP üzvlərinin fəal olduğunu, ölkəmizin inkişafına tövhə verdiyini xüsusi qeyd edib.

Tədbirin sonunda ərazi ilk partiya təşkilatının sədri, sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Qaradağ rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.

sia.az

Digər xəbərlər