"Yaz aylarında Dağlıq Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər". SİA xəbər verir ki, bunu "Jamanak" qəzetinə müsahibəsində Karneqi Fondunun Cənubi Qafqaz üzrə baş eksperti Tomas de Vaal deyib. O bildirib ki, bu əməliyyatlar təmas xəttində gərginliyə səbəb ola bilər. Ekspert hesab edir ki, vəziyyətin gərginləşəcəyi təqirdə Rusiya ən təsirli oyunçuya çevriləcək.
"BMT və ATƏT pərdəarxası diplomatiya aparır, tərəflərə yeni münaqişənin təhdidləri ilə əlaqədar xəbərdarlıq edir. Əgər tərəflər, yaxud onlardan biri müharibə istəyirsə, onu dayandırmaq imkanı elə böyük olmayacaq"-deyə, ekspert əlavə edib.
sia.az