İlham Əliyev: "Düşmən öz istəyinə nail ola bilmədi"
Artıq 25 ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında qəbul edilən atəşkəs rejimi tətbiq edilsə də, qarşı tərəf buna əməl etmir. İşğalçı Ermənistan dəfələrlə atəşkəs rejimini pozmaqla təcavüzkar mövqeyini açıq-aşkar dünya ictimaiyyəti qarşısında sərgiləyir. Çünki zaman-zaman ermənilər saxtakarlıqlarından əl çəkməyərək, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış ediirlər. Amma etiraf etmək lazımdır ki, saxtakarlıq yolu tutan bu xalqın cəfəng iddialarına, sadəcə, cavab verməklə kifayətlənmişik.
Hər dəfə də işğalçı rejim atəşkəs rejimini pozmaqla təcavüzkar mövqeylərini açıq-aşkar numayiş etdirir. Belə ki, fevral ayının 24-ndən 25-nə keçən gecə yenidən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik müşahidə olunması, bir daha sübut olundu ki, Ermənistan Azərbaycan dövləti qarşısında gücsüz və ölü dövlətdir.
"Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir"
Ölkə Prezidenti İlham Əliyev Avropa Azərbaycanlıları Konqresinin V qurultayının iştirakçılarına ünvanladığı müraciətində bildirib ki, düşmən öz istəyinə nail ola bilmədi: "Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə nail olmaq qarşımızda duran ən mühüm ümummilli vəzifədir. Bu günlərdə biz erməni işğalçılarının törətdiyi Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini bir daha dərin hörmətlə yad edirik. Vaxtilə bu qanlı aksiyanı həyata keçirənlər Azərbaycan xalqını sarsıtmaq və bizi mübarizədən çəkindirmək məqsədi güdürdülər. Lakin əminliklə demək olar ki, düşmən öz istəyinə nail ola bilmədi. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xalqımız öz qəddini düzəltdi, daxili potensialına güvənərək, güclü və müasir dövlət qurdu. Ötən ilin aprelində Ermənistanın cəbhə xəttindəki təxribatlarına ordumuzun layiqli cavab verməsi və torpaqlarımızın bir hissəsinin azad edilməsi, əyani şəkildə göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. Lakin müasir dövrdə qələbələr tək hərb yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. Bu sahədə malik olduğumuz vacib resurslardan biri də xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Ona görə də, Azərbaycan diasporu, o cümlədən, Avropadakı icmalar öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin analoji təşkilatları ilə əlaqələrini gücləndirməlidirlər. Diaspor nümayəndələri ölkəmizlə bağlı məlumatların, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin Avropa ictimaiyyətinə daha çevik və dolğun çatdırılması, mədəniyyətimizin təbliği və başqa istiqamətlərdə yeni metod və vasitələrdən səmərəli istifadə etməlidirlər. Əminəm ki, Avropa Azərbaycanlıları Konqresinin bu ali toplantısı yüksək işgüzarlıq şəraitində keçəcək, irəli sürülən təkliflər və qəbul edilən qərarlar qurumun işini keyfiyyətcə daha yüksək mərhələyə qaldırmağa xidmət edəcəkdir".
Seyran Saroyan: "Güclünün yanında zəif həmişə günahkardır"
Erməni deputatı, general Seyran Saroyan məsələ ilə bağlı əsas günahı prezident Serj Sarkisyanda görüb. O, Ermənistan ordusunun zəif olduğunu vurğulayıb: "Güclünün yanında zəif həmişə günahkardır. Görün, bu faşist xislətli ölkə başçısı yeniyetmələri faşist xislətli olmağa səsləyir. İnsanlığa sığmayan vəhşiliyin bu cür etirafını, ancaq Serj Sarkisyan bacarır. Çünki onun damarlarında insan adlı varlığın yox, hələ də adı dəqiq bilinməyən bir qaniçənin, türk düşməninin qanı axır. Qoy Tanrı faşistin ən dəhşətlisi serj sarkisyanların cəzasını versin. Bir də, Sarkisyan anlamalıdır ki, insanlıq əleyhinə cinayət cəzasız qalmayacaq".
Seyran Ohanyan: "Aprel seçkiləri Ermənistan üçün heç də asan olmayacaq"
Keçmiş müdafiə naziri Seyran Ohanyan ölkədə vəziyyətin gərgin olduğunu da deyib: "Hazırda mövcud olan sistem, iqtisadi siyasət Ermənistanın inkişaf imkanlarını sıfıra endirir. İndiki vəziyyət Ermənistan üçün dönüş nöqtəsidir. Ya biz vəziyyətin ciddiliyini, qarşımızdakı çağırışın dərinliyini anlayacağıq, ya da bizi ciddi bədbəxtlik gözləyir".
Sabiq nazir qeyd edib ki, bundan sonra siyasi fəaliyyətə başlamaq və qarşıdan gələn parlament seçkisində mübarizə aparmaq qərarına gəlib: "Seçkilər zamanı vətəndaş qarşıdurması qaçılmazdır. Bütün bunlar aprel seçkilərinin Ermənistan üçün heç də asan olmayacağını göstərir".
Georgi Vanyan: "İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır"
Erməni hüquq müdafiəçisi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan isə məsələnin həllində Azərbaycan dövlətinin siyasətinin uğurlu olduğunu söyləyir: "Ermənistan hakimiyyətinin iddiaları əsassızdır. İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır və qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir. Erməni xalqı artıq Sarkisyanın xalqına etdiyi bu cəlladlığı dözə bilmir. Onunu hakimiyyətdən getməsinin vaxtıdır".
Georgi Vanyan fevralın 24-ündən 25-nə keçən gecə təmas xəttində gərginliyin baş verməsinin səbəbini açıqlayaraq bildirib ki, məqsəd apreldə Ermənistanda keçiriləcək parlament seçkisi öncəsi ictimaiyyətin diqqətini yayındırmaqdır: "Çünki Ermənistan iqtidarı öncədən bilir ki, hazırkı şəraitdə onlar seçkidə lazımi nəticələri əldə edə bilməyəcək. Bu səbəbdən də, istəyirlər ki, bu seçki, ümumiyyətlə, keçirilməsin. Ona görə də, Dağlıq Qarabağ cəbhəsində vəziyyəti süni şəkildə gərginləşdirərək, belə bir fikir yaratmaq istəyirlər ki, vəziyyət çox gərgindir, seçkiləri təxirə salmaq lazımdır. Ekspertlərin sözlərinə görə, cəbhədə gərginliyin artırılması Ermənistan prezidenti Serj Sarkisyanın tapşırığına əsasən edilir. Ermənistanda Sarkisyanın mövqeləri getdikcə zəifləyir və tərəfdarlarını da itirməyə başlayıb.
Göründüyü kimi, ermənilər öz doğma torpaqlarımızdan, elə öz doğma torpaqlarımızı vursalar da, bizim cəsur ərənlərimiz də ermənilərin dərslərini verirlər. Bu, bir daha sübut edir ki, Ermənistan Azərbaycan dövləti qarşısında gücsüz və ölü dövlətdir. Və yaranmış vəziyyətdən çıxmaq üçün Ermənistan rəhbərliyi öz xalqını aldatmaq məqsədilə cəbhədə, mütəmadi olaraq, təxribatlar törədir, atəşkəsi dəfələrlə pozur. Ancaq artıq Ermənistan bilməli və dərk etməlidir ki, hər şey onun istədiyi kimi deyil və bu dəfə Azərbaycan öz qüdrətli, güclü ordusu ilə sözünü deyir və beynəlxalq aləm də bunu dərk edir. Bu müharibədə ermənilərin layiqli cavablarını verir və torpaqlarını müdafiə etdilər. Bu sürünü cəhənnəmə vasil etməklə.
Beləliklə, bu gün qələbə küləyi düşmənin üstünə əsir və tezliklə erməni işğalçısına tərəf əsən bu külək tezliklə fırtınaya çevriləcəkdir. Düşmən və havadarları əmin olsun və anlasınlar ki, belə xalqı məğlub etmək qeyri-mümkündür!
A.SƏMƏDOVA