PDF Oxu

Siyasət

  • 317

Edmon Marukyan: “Hakimiyyətə gəlib, 1 mart cinayətkarlarını ifşa edəcəyik” İTTİHAM

Edmon Marukyan: “Hakimiyyətə gəlib, 1 mart cinayətkarlarını ifşa edəcəyik” İTTİHAM

"1 mart cinayəti yalnız "Yelk" blokunun hakimiyyətə yiyələnməsindən və "həqiqət komissiyası" təsis etməsindən sonra açılacaq". SİA xəbər verir ki, bu fikirləri 1.in.am saytına Ermənistan parlamentinin "Yelk" blokundan olan deputatı, "İşıqlı Ermənistan" partiyasının sədri Edmon Marukyan sözügedən qanlı hadisələrin üzərindən 9 il keçməsinə baxmayaraq, hələ də əsl cinayətkarların azadlıqda gəzməsinə münasibətini bildirərkən deyib.Onun sözlərinə görə, "Yelk" blokunun proqramında sözügedən hadisələrlə bağlı çox əhəmiyyətli qərar var ki, əgər onlar hakimiyyəti ələ alarlarsa, "həqiqət komissiyası" yaradıb cinayətkarların həbsinə nail olacaqlar."Biz beynəlxalq təcrübədən yararlanaraq bütün siyasi qətllərin üstünü açmaq istiqamətində, eləcə də 27 oktyabr və 1 mart hadisələrində törədilmiş cinayətləri ifşa etməklə həqiqəti üzə çıxaracağıq"-deyə Marukyan bildirib.Erməni deputat sonda qeyd edib ki, məhz bundan sonra Ermənistanda ictimai sabitlik və birlik yarana bilər.

sia.az

Digər xəbərlər