"Ölkə başçısının son səfərləri xüsusi əhəmiyyətə malikdir. Bu səfərlərlə Azərbaycan öz xarici siyasətində çox böyük uğurlara imza atmış oldu". Bunu SİA-ya açıqlamasında deputat, politoloq Elşən Musayev deyib.Onun sözlərinə görə, dövlət başçısının xüsusilə də Avropa İttifaqı ölkələri, Qətər, Pakistana səfərləri ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.Azərbaycan-Pakistan əlaqələrindən söz açan deputat söyləyib ki, ölkələr arasında möhkəm strateji tərəfdaşlıq mövcuddur: "Pakistan Azərbaycan üçün qeyri-adi nümunə sərgiləyir, tərəfdaşlıq edir. Pakistanın ölkəmizə qarşı isti münasibətini hər kəs bilir, lakin dövlət başçısının son səfəri Pakistanın Azərbaycana nə qədər bağlı olduğunu bir daha ortaya qoymuş oldu. Bilirsiniz ki, Pakistan müstəqilliyimizin tanınmasından bu günə qədər hər zaman yanımızda olub. Pakistan qardaş Türkiyə ilə bərabər tək-tük dövlətlərdən biridir ki, öz əsgərini bizim cəbhəmizə göndərməyə, 100 minlik əsgəri ilə Dağlıq Qarabağda döyüşməyə hazır olduğunu bəyan edib. Təbii ki, Azərbaycan prezidenti də bu jestlərin qarşılığında Pakistana səfər edərək İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitinə qoşuldu. Bu səfər həm də Pakistana minnətdarlıq jestidir".Cəbhədəki həssas məqamda Azərbaycanın Pakistanla münasibətlərinin bütün sferalarda inkişafın vacibliyini qeyd edən E. Musayevin fikrincə, Dağlıq Qarabağ kontekstində məsələlər artıq kuliminasiya nöqtəsinə çatıb: "Mənə elə gəlir ki, Azərbaycanda diplomatiya, eləcə də ordudakı həssaslıq da pik nöqtədədir. Zənnimcə, bunlardan biri seçiləcək və Dağlıq Qarabağ 2017-ci ilin sonuna qədər mütləq düşmənin işğalından azad olunacaq".
sia.az