PDF Oxu

Siyasət

  • 113

Politoloq: “Ermənistan hakimiyyəti hərbiyə çağırmağa adam tapmır” AÇIQLAMA

Politoloq: “Ermənistan hakimiyyəti hərbiyə çağırmağa adam tapmır” AÇIQLAMA

"Ermənistan rəhbərliyi cəbhədəki itkiləri gizlətsə də, erməni xalqı artıq onların yalanlarına inanmır. Orada xalq hakimyyətə qarşıdır. Bununla bağlı böyük mitinqlər də təşkil olunur". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.O qeyd edib ki, Ermənistanın cəbhədə təxribatları çoxaltması Serj Sarkisyanın öz hakimiyyətini möhkəmləndirməyə çalışmasından irəli gəlir: "S.Sakisyan apreldəki seçkilərdə partiyasının səs toplaması üçün cəbhədəki təxribatlarla nə isə əldə eləməyə çalışır. Onlar həm də Azərbaycan ordusunun ötən ilin aprel ayında qazandığı uğurları hələ də qəbul edə bimirlər".Politoloq bildirilib ki, Qafqazda sabitliyin pozulmasında maraqlı olan dövlətlər var: "Elə dövlətlər var ki, Qafqazın "qaynamasını" istəyirlər. Onlar məqsədli şəkildə qarşıdurmalara rəvac verirlər. Belə qüvvələr Azərbaycan sevməyən güclədir. Azərbaycan ordusu Ermənistan bütün təxribatlarının qarşısnı məhartələ alır, düşmənə lazım olan cavab zərbəsini endirir".C.Nuriyev vurğulayıb ki, Ermənistan hakimiyyəti hərbiyə çağırmağa adam tapmır: "Ermənistanda 1 milyon 800 min əhali var ki, onlardan 16 yaşdan 63 yaşa qədər olanlar 200 mindən azdır. Bu rəqəm Ermənistan üçün çox qorxuludur. Onlar özləri də bunu etiraf edirlər. Orada 14-15 yaşdan sonra oğlanları Ermənsitandan çıxardırlar. Onların resursu da, rezervi də yoxdur. Ermənistanda artıq qızları orduya çağırırlar. Bu isə ermənilərin nə qədər çətin vəziyyətə olduğunun göstəricisidir".

sia.az

Digər xəbərlər