"Ermənistan dövləti quruldan gündən indiyədək yalanlarla doludur. Düşmən ölkənin əsas məqsədi insanların fikirlərini yayındırmaq, doğruları onlardan gizlədərək, aldatmaqdır. Məhz bunun nəticəsidir ki, Ermənistan baş verən son gərginlik zamanı itkilərinin sayını gizlədir". Bunu SİA-ya açıqlamasında professor, politoloq Rüstəm Məmmədov deyib. Ermənistan üçün insan həyatının dəyəri olmadığını deyən politoloq söyləyib ki, bu, düşmən tərəfindən atılan ilk addım deyil: "Ermənistan üçün insan həyatı önəm kəsb etsəydi, o zaman münaqişə illərdir ki davam etməzdi. Onlar münaqişəni başlamazdan əvvəl çoxlu sayda itki verəcəyini yaxşı bilirdi".R. Məmmədov qeyd edib ki, Ermənistanın itkilərini gizlətməklə bağlı siyasəti uzun illərdir davam edir: "Lakin indiki halda, düşmən ölkə daha çox qorxu içindədir. Çünki onlar əhalinin hazırkı vəziyyətdən bezdiyini çox yaxşı anlayırlar. Bu gün orada real hökumətə qarşı aksiyalar inkişaf edir və bu aksiyalar seçkiqabağı daha da arta bilər. Ermənistan bütün bunları gözə alaraq itkilərinin sayını gizlədir".Politoloq əlavə edib ki, əgər Ermənistan əvvəlcədən əhalisinə Dağlıq Qarabağ kartını düzgün izah etsəydi, xalq heç zaman onların arxasınca getməzdi: "Düşmən ölkə hər zaman xalqı aldadaraq onların fikirlərini yayındırmağa çalışıblar. Lakin onlar nə edirsə etsin nəticə Azərbaycanın xeyrinə olacaq. Torpaqlarımızı tezliklə azad edəcəyik".
sia.az