PDF Oxu

Siyasət

  • 352

"Heydər Əliyev və müasir Azərbaycan tarixi"

"Heydər Əliyev və müasir Azərbaycan tarixi"

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında rayon icra hakimiyyətinin və mərkəzin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda növbəti açıq dərs keçirilib. Açıq dərsdə rayonun 85, 87, 114, və 226 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak edib.

Şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə mərkəzin 2-ci mərtəbəsində xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada mərkəzin sifarişi ilə hazırlanmış "Əyilməz iradə" filmini izləyiblər.

Açıq dərs Dövlət Himninin oxunması ilə başlanıb. Açıq dərsdə 114 nömrəli tam orta məktəbin müəllimi Fatimə Zülfüqarova "Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının qurucusudur", 226 nömrəli tam orta məktəbin müəllimi Təranə Cəbiyeva "Heydər Əliyev və Müasir Azərbaycan Mədəniyyəti", 85 nömrəli tam orta məktəbin müəllimi Aynur Əsgərova "Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı" mövzularında dərs deyiblər.

Müəllimlər qeyd ediblər ki, Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır. Ümummilli Liderimiz Heydər Əliyev özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb.

ZÜMRÜD

Digər xəbərlər