PDF Oxu

Siyasət

  • 381

YAP Qaradağ rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

YAP Qaradağ rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. Dünən, qrafikə uyğun olaraq, təşkilatın 3 saylı Texnoloji-Nəqliyyat İdarəsi ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə 3 saylı texnoloji nəqliyyat idarəsinin rəisi, ərazi ilk partiya təşkilatının sədri Nəriman Qurbanov çıxış edərək, ötən dövr ərzində görülən işlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib. Yığıncaqda, həmçinin, gələcəkdə görüləcək işlər barədə qərarlar qəbul edilib.

Yığıncaqda YAP Qaradağ rayon təşkilatı aparatının məsul işçiləri Hacı İbrahimov, Məzahir Tağıyev, Ramiz Yusubov, ərazi ilk partiya təşkilatının üzvləri Esmira Novruzova, Fədayət Nağıyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında və dövlət müstəqilliyinin möhkəmləndirilməsində rolu barədə ətraflı məlumat veriblər.

Sonda ərazi ilk partiya təşkilatı idarə heyətinin üzvləri, Nəriman Qurbanov yekdilliklə ərazi ilk partiya təşkilatının yenidən sədri, eyni zamanda, YAP Qaradağ rayon təşkilatının XI konfransına nümayəndə seçilib.

R.HÜSEYNOVA

Digər xəbərlər