Dünən YAP Tərtər rayon təşkilatının IX konfransına hazırlıqla əlaqədar rayon icra hakimiyyəti və rayon uşaq xəstəxanası ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Rayon icra hakimiyyəti ərazi ilk təşkilatının sədri Çingiz İsayev, rayon uşaq xəstəxanası ərazi ilk partiya təşkilatının sədri Hicran Rəhimli hesabat dövrü ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etmişlər.
Məruzələr ətrafında rayon icra hakimiyyəti ərazi ilk partiya təşkilatında YAP üzvlərindən Zakir Aslanov, Natiq Musayev, Xatirə Məmmədova, Svetlana Əzizova, rayon uşaq xəstəxanası ərazi ilk partiya təşkilatında YAP üzvlərindən Zəhra Hüseynova, Şamama Həsənova, Salman Sadiqi və Afət Nəzəri çıxış edərək, ərazi ilk partiya təşkilatlarının fəaliyyətinin qənaətbəxş hesab olunmasını və hesabat məruzələrinin nəzərə alınmasını təklif etmişlər. İlk təşkilatların hesabat-seçki yığıncaqlarında rayon təşkilatı şura üzvləri Ramiz Şabanov və Yaşar Hüseynov iştirak etmişlər.
Hesabat-seçki yığıncaqlarında hər iki ərazi ilk partiya təşkilatının sədr, müavinləri və rayon təşkilatının IX konfransına nümayəndələr seçilmişdir.
RƏFİQƏ