"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında son 3 ildə baş verən proseslər sözün əsl mənasında ölkəmizin hərbi qüdrətini göstərmiş oldu. Bəli, hər kəs çox gözəl bilir ki, Ermənistanın cinayətkar rejimi hakimiyyətdə qalmaq, diqqəti ölkədə baş verən səfalətdən yayındırmaq üçün cəbhə xəttində intensiv təxribatlar törətməkdədirlər". Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.Ekspertin sözlərinə görə, istər 2014 avqust, istər 2016 aprel, istərsə də bu il fevral ayında baş verən təxribatlarda düşmən xeyli sayda itki ilə geri çəkilmə və yüzlərlə hektar ərazini boşaltmaq məcburiyyətində qaldılar: "Bu gün iqtisadi və mədəni deqredasiyaya uğrayan erməni cəmiyyətinin əlində sadəcə 2 vasitə qalıb: erməni lobbisi və informasiya savaşı. Hər 2 vasitə bu toplumun yeganə ümid yeridir və mümkün imkanlardan maksimum yararlanmağa çalışırlar. Bəli, Müdafiə Nazirliyi mənbəyi olmayan məlumatların paylaşılmaması, hərbi sirrlərin internet və sosial mediada işıqlandırılmaması üçün bir neçə dəfə təlimat xarakterli müraciətlər ünvanlayıb. Sevindirici haldır ölkə mətbuatının mütləq əksəriyyəti bu təlimata uyğun davranır. Ancaq sosial mediada vəziyyət bir qədər fərqlidir. İdarə olunmayan bir platformada hər hansı nizam gözləmək absurddur.Mən hər zaman ölkəmizdə Beyin Mərkəzinin yaradılmasının tərəfdarı olmuşam. Bu mərkəz bu və bu kimi halları təhlil edib gələcəkdə baş verməsinin qarşısını almağa yönəlik ciddi şəkildə fəaliyyət göstərə bilər. Bu sahədə ciddi boşluqlarımız var".
sia.az