PDF Oxu

Siyasət

  • 515

Politoloq: “Azərbaycançılıq bir vətəndaşlıq modelidir” MÜNASİBƏT

Politoloq: “Azərbaycançılıq bir vətəndaşlıq modelidir” MÜNASİBƏT

"Azərbaycanımız üçün çox həssas olan tarixi nöqtəyə qədəm qoymuşuq. Cəbhəboyu ərazilərdə hər gün dayanmadan silah səslərini eşidirik. Azərbaycanı istəməyən bütün qüvvələr fürsət tapan kimi bizə hücum etməyə hazırlaşdığı bir vaxtda daxildə həmrəy cəmiyyətə ehtiyyacımız var. Cəbhədən yanlış məlumatlar verərək ictimai rəyi çaşdıran, daxildə ayrı – ayrı etnik qrupları qaldıran, siyasi hakimiyyəti xalq ilə üz – üzə qoyan düşmən qüvvələrdən təmizlənməyin vaxtıdır ". Bunu SİA-ya açıqlamasında siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov deyib.Onun sözlərinə görə, son bir neçə gündə cəbhədə döyüşlərin getdiyi, hamının həmrəy olmağa borclu olduğu bir vaxtda sosial şəbəkələrdə azərbaycalılar kimlərdi, Azərbaycanda titul millət azərbaycan türkləri deyillər kimi mövzuları ortaya atmaqla ölkəmizdə yaşayan bütün etnik qrupları sanki bir – birinə qarşı daxili savaşa çəkmək istəyirlər. Həm də ermənilərin bostanına su səpmiş olurlar.Azərbaycanlılar kimlərdi? Azərbaycançılıq bir vətəndaşlıq modelidir. Yüzillər boyu eyni coğrafi məkanda yaşayan bütün etnik qruplar, türklər, talışlar, ləzgilər, kürdlər, avarlar və digər etnik qrupların cəm halında azərbaycanlı olmaları heç kimdə şübhə yaratmamalıdır. Eyni zamanda bu xalqın əsas titul milliyəti var. Bu – Azərbaycan türkləridir. Rusiyada rusların, çeçenlərin, dağıstanlıların, tatarların və digər milliyətlər özlərini – rusiyalı kimi qələmə verirlər. Lakin, onlardan etnik mənsubiyyətlərini soruşarkən onlar rus, çeçen, tatar olduqlarını bildirirlər. Azərbaycanda da hər bir vətəndaş Azərbaycan xalqına mənsubdur, ayrı – ayrılıqda götürdükdə isə, kimisi Azərbaycan türkü, kimisi Azərbaycan kürdü, kimisi talış və ya Azərbaycan ləzgisidir.Təəsüflər olsun ki, bəzi dairələr Azərbaycanın titul milləti türk deyil, azərbaycanlılardı deyərək bizi sevməyənləri sevindirirlər. Çünki ermənilər və digərləri hər vəchlə bildirirlər ki, azərbaycanlı deyilən xalq məhz Stalin tərəfindən yaradılmışdır. Buna qədər isə "azərbaycanlıların tarixi olmayıb". Belə çıxır ki, 1918 - ci ilə qədər tariximiz olmamışdır.Onlara sual verilməlidir, bəs görəsən ağqoyunlular, qaraqoyunlular, qacarlar, səfəvilər kimlər olub? Məgər onlar türk tayfaları olmayıblar?Əgər ləzgi, talış və digər dillərin varlığından danışılırsa, bəs niyə türk dilinin varlığından danışmaq olmaz? Azərbaycan dilinin əsl kökü heç şübhəsiz türk dilidir.Ermənilər, ruslar, farslar, cənubi azərbaycanlılar bizə türk deyirlər. Çünki tarix bunu təsdiqləyir.Hüseyn Cavid, Mikayıl Müşviq, Topçubaşov, Əli bəy Hüseynzadə, Həsən bəy Ağayev, Heydər Əlirıza oğlu Əliyev ... Məgər kimsə özünü bu dahi şəxsiyyətlərimizdən ağıllı hiss edir?Sonda vurğulamaq istəyirəm ki, əsrlərboyu Azərbaycanda bütün etnik qruplar həmrəy və firavan şəkildə yaşamışlar, bundan sonra da belə olacaqdır. Ölkəmizdə müxtəlif dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir".

sia.az

Digər xəbərlər