AMEA Gəncə bölməsində ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası AMEA Gəncə bölməsində ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Yığincağı giriş sözü ilə AMEA Gəncə bölməsinin akademik katibi F.Əliyev açaraq, doğma Vətənini, xalqını sevən hər bir vətəndaş Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdar olmalıdır ki, bu gün ölkəmizdə stabillik, tərəqqi və inkişaf var: "Hər bir sahədə uğurlar əldə olunur, irimiqyaslı infrastruktur layihələr həyata keçirilir, elmə, təhsilə, hərtərəfli qayğı və diqqət göstərilir."
Çıxış edən ərazi ilk partiya təşkilatının sədri İlhamə Cəfərova qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu Yeni Azerbaycan Partiyası güclü siyasi qüvvə olaraq, öz sıralarında cəmiyyətin ən fəal və yüksək intellektli təbəqəsini birləşdirib. Məruzə ətrafında partiya üzvləri Rasim Tağıyev, Aytən İsmayılova, Elnur Həsənov və başqaları da çıxış edərək hesabat məruzəsini qənaətbəxş hesab ediblər. Ərazi ilk partiya təşkilatının yeni tərkibi müəyyənləşdirilib. Elnur Həsənov ərazi ilk partiya təşkilatının sədri, Aytən İsmayılova və İlhamə Cəfərova muavin seçiliblər.
Həmçinin, YAP Gəncə şəhər təşkilatının 9-cu konfrasına 7 nəfər nümayəndə seçilib.
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev Azərbaycan Respubklikasının Prezidenti İlham Əliyevə xalqın böyük inam və etibarının ifadəsi olaraq, Yeni Azərbaycan Partiyasının sıralarının günbəgün genişləndiyini, partiya sıralarına daha çox gənclərin qoşulduğunu diqqətə çatdırıb.
Rövşən NURƏDDİNOĞLU