Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Avropa İttifaqının birgə əməkdaşlığı çərçivəsində "Qaçqınların hüquqlarının müdafiəsi" mövzusunda beynəlxalq seminar keçirilir. SİA-nın verdiyi məlumata görə, seminarın əsas məqsədi qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, bu sahədə Azərbaycanda mövcud vəziyyətin təhlili, müxtəlif sahələrdə onlara dövlət dəstəyinin göstərilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasından ibarət olub. Tədbirdə İnstitutun direktoru, millət vəkili Aytən Mustafazadə, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin başçısı Alessandro Budai, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sektor müdiri Nazim İsgəndərov və digər qonaqlar, KİV iştirak edir.Qeyd edək ki, seminar iki gün davam edəcək.
sia.az