PDF Oxu

Siyasət

  • 86

Millət vəkili: "Azərbaycan Avropa dövlətləri üçün örnəkdir"

Millət vəkili: "Azərbaycan Avropa dövlətləri üçün örnəkdir"

"Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən terror, soyqırım və təcavüz siyasəti yüz illərlə əvvəl başlayan tarixə malikdir". SİA-nın verdiyi məlumata görə, bunu bu gün millət vəkili Aytən Mustafazadə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Avropa İttifaqının birgə əməkdaşlığı çərçivəsində "Qaçqınların hüquqlarının müdafiəsi" mövzusunda beynəlxalq seminarda çıxışı zamanı deyib.Onun sözlərinə görə, 1988-ci ildə Ermənistandan 250 min azərbaycanlı etnik mənsubiyyətinə görə qovulub, amansız işgəncələr nəticəsində yüzlərlə insan öldürülüb. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın torpaqlarının 20 faizinin zəbt edildiyini və 1 milyondan çox insanın məcburi köçkün olaraq yaşadıqları yerləri tərk edərək Azərbaycanın müxtəlif şəhərlərinə, regionlarına üz tutduqlarını vurğulayıb.Millət vəkili Azərbaycan hökumətinin neçə illərdir bu vətəndaşların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası məsələsi ilə bağlı gördüyü işlərdən danışıb.A.Mustafazadənin sözlərinə görə, Azərbaycanda qaçqınların hüquqlarının dövlət səviyyəsində qorunması istiqamətində ciddi addımlar atılır və bu məqsədlə möhkəm hüquqi baza yaradılıb: "Azərbaycanın böyük təcrübəsi bu gün Avropa dövlətləri üçün örnəkdir".

sia.az

Digər xəbərlər