"Qondarma Dağlıq Qarabağ respublikası de fakto Ermənistan tərəfindən idarə olunsa da, özlərini müstəqil dövlət kimi qələmə verməyə çalışırlar. Bütün beynəlxalq qurum və təşkilatlar təbii olaraq bu rejimin müstəqilliyini tanımayıb. Əksinə, bütün beynəlxalq razılaşmalarda və sənədlərdə Dağlıq Qarabağ hüquqi olaraq Azərbaycan əraziləri kimi göstərilir. Lakin araşdırılması və hüquqi qiymət verilməsi gərəkli olan bir məsələ var". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, qondarma Dağlıq Qarabağ respublikasında istifadə edilən silah növlərinin hansı ölkələrdən, hansı qanuni əsaslarla əldə edildiyi araşdırılmalıdır: "Bu faktı araşdıraraq nəticələrinə əsasən, beynəlxalq məhkəməyə müraciət etməyin zamanı çoxdan çatıb. Separatçı rejimə qeyri-qanuni olaraq silah satan ölkələr üzə çıxarılmalı və həmin silahların müsadirə olunması üçün hüquqi hərəkətə keçilməlidir. Ən azından bu istiqamətdə çalışmaq üçün dövlət tərəfindən işçi qrupu yaradılmalıdır. Separatçı rejimə silah satan dövlətlər beynəlxlaq məhkəməyə verilməlidir".
sia.az