PDF Oxu

Siyasət

  • 433

Politoloq: "Azərbaycan İranla bağlı ağıllı siyasət həyata keçirir" AÇIQLAMA

Politoloq: "Azərbaycan İranla bağlı ağıllı siyasət həyata keçirir" AÇIQLAMA

" Azərbaycan prezidentinin İrana səfəri uğurlu və əhəmiyyətli idi". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, iki ölkə arasında dəmiryolu xətti ilə bağlı yeni imzalanan müqavilə göstərir ki, Azərbaycanın İranla bağlı ağıllı, uğurlu və gələcəyə hesablanan strateji siyasət həyata keçirir: "Ölkə başçısının son səfəri də bu siyasətin davamıdır. Ümumiyyətlə, İran Azərbaycanla qonşu dövlət olmaqla yanaşı, ölkəmizlə əməkdaşlıq edir. Bundan əlavə, soydaşlarımızın ən böyük hissəsi İran ərazisində yaşayır".Politoloq qeyd edib ki, İranın Azərbaycana qarşı münasibətlərində müəyyən zamanlarda gərginlik olsa da, hazırda Azərbaycanla İran arasında mübadilələr də çox yaxşı səviyyədədir: " Bilirsiniz ki, İran blokada da olan Naxçıvan Muxtar Respublikasına yol verib və bu, indidə davam edir. Vaxtilə Zəngilan, Cəbrayıl işğal olunanda da İran öz sərhədini açmışdı. Düzdür, İran müəyyən vaxtlarda ölkəmizə qarşı münasibətlərdə ziddi addımlar atsa da, Azərbaycan İranla uzun müddətdir ki yaxın qonşuluq münasibətlərini saxlayır".Azərbaycan Prezidentinin son 3 ildə üçüncü dəfədir ki, İrana rəsmi səfərə getdiyini xatırladan C. Nuriyev qeyd edib ki, səfər Azərbaycan prezidentinin İrana qonşu ölkə kimi müsbət münasibət göstərdiyini bir daha ortaya qoymuş oldu: "İran ölkəmizin ərazi bütövlüyünü tanıyır. Azərbaycan bütün ölkələrin siyasətinə hörmətlə yanaşır. Bunlardan əlavə, ölkəmiz İranla iqtisadi, hərbi və digər sahələrdə də əməkdaşlıq edir. Bütün bunları nəzərə alaraq, Ölkə başçısının son səfərini faydalı adlandıra bilərik".

sia.az

Digər xəbərlər