YAP Qusar rayon təşkilatının Balaqusar kənd ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə açan YAP Balaqusar kənd ərazi ilk partiya təkkilatının sədri Maarif Yunusov gündəlikdə duran birinci məsələ ilə əlaqədar məruzə ilə çıxış edərək ötən dövrdə qazanılan uğurlara və qarşıda duran vəzifələrə aydınlıq gətirib, görülən işlər barədə geniş məlumat verib.
Çıxışlardan sonra təşkilatı məsələyə baxılıb. M.Yunusov yenidən Balaqusar kənd ərazi ilk partiya təşkilatının sədri vəzifəsinə seçilib. Ərazi ilk partiya təşkilatından 4 nəfər fəal YAP Qusar rayon təşkilatının IX konfransına nümayəndə seçilib.
Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatı idarə heyətinin üzvü Hüseyn Qafarov və rayon təşkilatının məsləhətçisi Bəhruz Ramazanov Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına, onun çevik siyasi qüvvəsinə, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə inandığını və Onun ətrafında sıx birləşdiklərini qeyd ediblər.
sia.az