"Ermənistanın Azərbaycana qarşı təhdidləri işğalçı ölkədə keçiriləcək seçkilərlə bağlıdır. Serj Sarkisyan bununla öz partiyasına səs yığmağa çalışır. Orada qərb klanı ilə rusiyapərəst qüvvələr arasında siyasi qütbləşmə dərinləşir. Ermənilərin təhdidləri və təxribatlarının məqsədi işğal edikləri ərazilərə qanunsuz səfər edən Avropa Parlamentinin üzvləri və xarici dövlətlərdən gəlmiş nümayəndələrə cəbhədə daim atışma, qeyri-stabil vəziyyət göstərmək və bunun da günahkarının guya Azərbaycan olmasını bildirməkdir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.Politoloq qeyd edib ki, erməniləri və havadarlarını qane etməyən Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanda beynəlxalq görüşlərin və məşvərət yığıncaqlarının keçirilməsi də onları qıcıqlandırır: "Ermənilər başa düşürlər ki, regional aktyorlar genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxaran addımlara imkan verməyəcəklər. Ermənistanın əsas məqsədi müharibə etmək deyil, əraziləri işğalda saxlamaqdır. Yəni, Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək seçki qabağı variantlara əl atan S.Sarkisyan bunula öz hakimiyyətinin uzadılmasına və stsus-kvonun saxlanmasına çalışır".
sia.az