PDF Oxu

Siyasət

  • 49

“İran maliyyə institutları Azərbaycanda fəaliyyətdə maraqlıdır”

“İran maliyyə institutları Azərbaycanda fəaliyyətdə maraqlıdır”

"Azərbaycanla İran arasında iqtisadi əlaqələr inkişaf edir. Xüsusilə iki ölkə nəqliyyat, daşımalar sahəsində əməkdaşlığı dərinləşdirir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib. O bildirib ki, Azərbaycan Prezidentinin İrana rəsmi səfəri zamanı imzalanmış iki sənəd bu sahədə əməkdaşlığı daha da artıracaq: "Səfər zamanı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə İranın Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu" imzalandı. Bu sənəd dəmiryol vasitəsilə daşımaların səviyyəsinin artırılmasına, mal, əmtəə mübadiləsinin daha da genişlənməsinə kömək edəcək. Digər bir sənəd Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası və İranın İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında imzalanmış Anlaşma Memorandumudur. Burada cinayət yolu ilə hər iki ölkədən vəsaitlərin çıxarılması və üçüncü ölkədə leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlıq öz əksini tapıb".

Ekspert bildirib ki, İran maliyyə institutları, o cümlədən bankları Azərbaycanda fəaliyyətdə maraqlıdır və bu məsələ artıq öz əksini tapmaqdadır.

sia.az

Digər xəbərlər