PDF Oxu

Siyasət

  • 170

"İmtahanların yeni qaydası özünü doğruldacaq"

"İmtahanların yeni qaydası özünü doğruldacaq"

Ötən gün 9-cular buraxılış imtahanlarının ilkin mərhələsində iştirak ediblər. Bunu SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.Onun sözlərinə görə, imtahan nəticələri ilk dəfə olaraq komputer tərəfindən deyil, klassik formada, müəllimlər tərəfindən yoxlanılacaq: "Hazırda DİM-in yeni proqram təminatının köməyi ilə imtahan verənlərin yazılarının markerlərə ( yazıları yoxlayan müəllimlərə) göndərildiyi bildirilir. Hər bir şagirdin yazısı skan olunur və kompüter proqramının köməyi ilə random prinsipi ilə seçilən markerlərə göndərilir. Proqram təminatını da DİM özü hazırlayıb. Tapşırıqların həll üsullarının, kriteriyaların da qabaqcadan müəyyən edilərək markerlərə təqdim edilib. Bütün bunlar da təbii ki, subyektivliyin, sui-istifadənin qarşısının alınmasına yönəlib".Osman Gündüz qeyd edib ki, uzun müddətdi ki, dövlət tərəfindən kütləvi olaraq keçirilən bu tip imtahanların qiymətləndirilməsində insan amili rol oynamırdı: "DİM 1-ci mərhələnin nəticələrinin, 2-ci mərhələyədək élan ediləcəyini bildirib. Bu müddət isə xeyli uzundur. Fikrimcə nəticələrin tez bir zamanda élan olunması da obyektivliyin əsas kriteriyalarından biri olacaq. Eyni zamanda, DİM-in rəsmi saytında hər bir şagird üçün öz hesabına daxil olaraq qiymətləndirmə prosesinin gedişini izləməyə imkan verən xidmət yaratması da faydalı olardı. Ümid edirik ki, nəticələr tez bir zamanda açıqlanacaq və yeni qaydalar özünü doğruldacaq".

sia.az

Digər xəbərlər