PDF Oxu

Siyasət

  • 184

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri ilə görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri ilə görüş keçirilib

Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ABŞ-ın müxtəlif ştatlarında çoxsaylı tədbirlər təşkil edən, antisemitizmə və islamofobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət "Salaam Şalom Qardaşlığı" təşkilatının üzvləri ilə görüş keçirilib.

DQİDK-nın sədri Mübariz Qurbanlı qonaqlara Azərbaycandakı multikultural və tolerant mühit barədə məlumat verib. Bildirib ki, ölkəmizin müxtəlif bölgələrində yaşayan xalqların, milli azlıqların adət-ənənələrinə hörmətlə yanaşılır və onların rahat yaşamaları, dini ayinlərini sərbəst icra etmələri üçün hər cür şərait yaradılıb. O, Azərbaycanda heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma hallarına rast gəlinmədiyini, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, dini münasibətlərin mövcud olduğunu qeyd edib.

yap.org.az

Digər xəbərlər