"Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət kifayət qədər gərgindir". Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, Ermənistan öz təcavüzkar siyasətini davam etməklə hər gün təxribarlara yol verir, nəticədə isə vəziyyət gərginləşir. Millət vəkili hesab etmir ki, Ermənistan indi sülh istiqamətrində hansısa ciddi addımlara hazırdır: "Ermənistanda apreldə seçkilər keçiriləcək. İşğalçı ölkə seçkilərdən istifadə edərək və bunu bəhanə gərirərək bütün danışıqlar prosesini pozacaq. Buna görə də mən hansısa ciddi nailiyyət gözləmirəm".
sia.az