PDF Oxu

Siyasət

  • 70

YAP Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

YAP Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıqlıq çərçivəsində Biləcəri qəsəbəsi, Yeni Yaşayış Massivi ünvanlı (314 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İclası giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Nazir Əliyev ərazi ilk partiya təşkilatının hesabatını diqqətə çatdırıb: "Hesabat-seçki yığıncağından ötən qısa dövr ərzində, ərazi ilk partiya təşkilatı YAP-ın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirib. Hazırda ərazi ilk partiya təşkilatının 40 üzvü var və partiyanın sıralarına daxil olmaq arzusunda olanların sayı günbəgün artır".

İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Ramal Alıyev, Natavan Əfəndiyeva, Arzu Qurbanova, Sahib Hüseynov sədrin hesabat çıxışını qənaətbəxş sayıb və təkliflərini irəli sürüblər.

Sonra hesabat məruzəsi səsə qoyulub. 9 nəfərdən ibarət idarə heyəti, Nazir Əliyev yenidən sədr, Sara Babayeva sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına isə 1 nəfər nümayəndə seçilib.

İclasda çıxış edən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov vurğulayıb ki, dövlətimizin gələcəyinin etibarlı, güvənli əllərdə olması üçün başlıca vəzifə sağlam əqidəli gənclər yetişdirməkdir və həyata keçirdiyimiz bütün tədbirlərin qayəsi də bundan ibarətdir: "Bizim hər birimiz dövlətimizin keşikçisi olmalıyıq. Buna görə də, Yeni Azərbaycan Partiyası olaraq, məqsədimiz odur ki, Azərbaycanın sabahı naminə hər birimiz səfərbər olaq, daha çox kütləni əhatə edək. Bu baxımdan isə, müəllimlərdən gözləntilərimiz çoxdur və gənclərin tərbiyəsində əsas məsuliyyət müəllimlərin üzərinə düşür".

ZÜMRÜD

Digər xəbərlər