YAP Yevlax rayon təşkilatı "Təhsil" məhəlli ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatında "Təhsil" məhəlli ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaq iştirakçıları əvəlcə Yeni Azərbaycan Partiasının qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ərazi ilk partiya təşkilatın sədri Yeganə Vəliyeva, ötən müddət ərzində, məhəlli ilk partiya təşkilatının gördüyü işlər və qarşıda duran vəzifələr haqqında hesabat məruzəsi ilə çıxış edib. Vurğulanıb ki, təhsil şöbəsi məhəlli ilk partiya təşkilatı 1995-ci ildə yaradılıb. "O zaman məhəlli ilk partiya təşkilatının qeydiyyatında 295 nəfər olub". Ötən hesabat dövründə bu göstəricinin artaraq 2456 nəfərə çatdığını bildirib.
YAP Yevlax rayon təşkilatının sədr müavini Zərifə Məmmədova hesabat ətrafında çıxış edərək, görülən işlərin qənabəxş hesab edildiyini bildirib və "Təhsil" məhəlli ilk partiya təşkilatının gələcək fəliyyətinə uğurlar arzulayıb.
Yevlax rayon 5 saylı tam orta məktəbin müəllimi Ulviyyə Ağayeva, 8 saylı tam orta məktəbin müəllimi Xumar Rzayeva və digər təhsil işçiləri çıxışlarında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğısından, Onun laiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasətindən və təhsil sahəsində apardığı uğurlu islahatlardan, eləcə də, inkişaf və nailiyyətlərdən danışıblar.
YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova çıxış edərək, ötən hesabata öz münasibətini bildirərək, bildirib ki, təhsil işçilərinin böyük əksəriyyətinin xüsusi ilə də qadınların Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşməsi yüksək qiymətləndirilməlidir.
Yığıncaqda 19 nəfərdən ibarət yeni idarə heyəti, sədr müavinləri və Y.Vəliyeva təşkilatın yenidən sədri seçilib. YAP Yevlax rayon təşkilatının IX konfrsına 131 nəfər nüamyəndə seçilib.
Yığıncaqda YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış edərək, vurğulayıb ki, təkcə Yevlaxda cəmiyyətin bu qədər ziyalı təbəqəsinin Yeni Azərbaycan Partiyasının ətrafında birləşməsi YAP-ın nüfuzunun və ziyalılıq səviyyəsinin göstəricisidir". "Bu gün partiya sıraları getdikcə artır, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına, onun siyasi qüvvəsinə, Ulu Öndər Heydər Əliyevə və bu yolu davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə inanır və Onun ətrafında sıx birləşdiklərini nümayiş etdirir".
Rövşən RƏSULOV